SonXəbrlər-in verdiyi məlumata görə, Amerika lideri Donald Trampın iqlim sazişindən çıxmaq barədə qərarı dünya siyasətində qalmaqal yaradıb.
Böyük Britaniyanın baş naziri Tereza Mey ABŞ prezidentinin bu qərarından məyus olduğunu dilə gətirib.
The Walt Disney rəhbəri Robert Ayqer isə etiraz olaraq öz işinidayandırdığını elan edib. Bu barədə özünün Tvitter səhifəsində bəyan edib:
«Paris sazişindən çıxmaq qərarı ilə əlaqədar mən Prezident Şurasından çıxıram», - deyə Ayqer bildirib.
Bundan başqa SpaceX və Tesla kompaniyalarının rəhbəri İlon Mask bəyan edib ki, Ağ Evdə Biznes üzrə Konsultaysia Şurasını tərk edir. O, bundan əvvəl Trampın belə bir qərar verəcəyi təqdirdə belə addım atacığını demişdi.
Qeyd edək ki, Amerika lideri Donald Tram Ağ Evdə çıxışı zamanı iqlim üzrə Paris sazişindən çıxdığını bəyan edib.
«Mən Amerika və onun vətəndaşları qarşısında müqəddəs borcumu yerinə yetirmək üçün ABŞ iqlim üzrə Paris razılığından çıxmalıdır», - deyə Tramp bildirib.
Tramp bu sazişin iqtisadiyyata vacib olmayan yük gətirdiyini, 2025-ci ilə kimi 2,7 milyon iş yerinin itirilə biləcəyini deyib.
İqlim üzrə Paris sazişi 2015-ci ilin dekabr ayında imzalanıb. Saziş dünya dövlətlərinin qlobal istiləşmə ilə bağlı fəaliyyətilə əlaqədardır. Razılığa əsasən qlobal temperaturda artım dərəcəsi iki selsidən aşağı olmalıdır.