«Quşların, məməlilərin və suda-quruda yaşayanların ölüm sürəti bizə Yer tarixində 6-cı kütləvi qırğının başladığını deməyə imkan verir. SonXəbərlər-in verdiyi məlumata görə, bu barədə Nature elmi jurnalının müəllifləri xəbərdarlıq ediblər. Qeyd edilir ki, bundan əvvəlki 5 qırğın təbii kataklizmlərlə - meteor düşməsi, vulkan fəaliyyəti və digər fəlakətlərlə əlaqəli olub.
Planetdə insanların sayının kəskin artması və resurslara artan tələbat insanlığın təbiət dünyasına mənfi təsirini gücləndirir.
Bu gün nəzarətsiz ovlama, brakonyerlik, ətraf mühzitin çirklənməsi, yaşayışa yararlı mühitlərin itirilməsi və insanlar tərəfindən yaradılan digər problemlərə görə 25 faiz məməli və 13 faiz quşun nəsli kəsilməkdədir.
Əlbəttə, heyvanların nəslinin kəsilməsi insanlıq üçün də təsirsiz ötüşməyəcək. Biomüxtəlifliyin itirilməsi insanlara təbiətdən fayda əldə etməyə manne olacaq.
Araşdırmaçılar bildirirlər ki, insanların bu fəlakətin qarşısını almaq üçün hələ də şansları var, ancaq bunun üçün adət etdiyi həyat şəraitini tam dəyişhməlidir.