ABŞ Donanması dünyanın ən bahalı aviadaşıyıcısı olan Gerald R. Ford-u silahlandırmaya verib. Amerikanın Hərbi Dəniz Qüvvələrinə bu gəmi 13 milyard dollara başa gəlib.
SonXəbərlər-in vistanews-a istinadla məlumatına görə, Pentaqonun Mətbuat Xidmətindən bildirilib ki, hərbi gəminin tam istismarı 2020-ci ildən əvvəl başlamayacaq.
İlk iki ildə o sınaq məqsədilə – mühəndislik sistemi və silahlandırmanı testdən keçirmək üçün suya buraxılacaq.
Bildirilir ki, Gerald R. Ford digər aviadaşıyıcılardan bir çox üstünlüyü var: Göyərtəsinə daha çox təyyarə yerləşir (70), bunun yanında gəmiyə xidmət üçün daha az heyətə ehtiyac var. Etimal ki, ümumi heyət 4500 nəfərdən ibarət olacaq.