SON DƏQİQƏ

Terrorçuların arzusu ürəyində qalır: Xiləfət dağılır, Əsəd qalib gəlir

Tarix:2-06-2017, 16:50

SonXəbər-in məlumatına görə, İŞİD terror qruplaşmasının Yaxın Şərqdə nüfuz dairəsi kifayət qədər daralıb. Terroçular Misirin Sina regionunda və Liviyada məğlubiyyətdən sonra İraqda da eyni aqibəti yaşamaq üzrədir.

İsrailin "Yedioth Ahronoth" qəzeti yazır ki, terrorçuların qurmaq istədiyi xilafət artıq çökmək üzrədir. İŞİD qruplaşması Tunis, Liviya, Misir və Yəməndə təsir gücünü itirib və heç bir həmlələr həyata keçirə bilmir.

Hazırda terrorçular əsasən İraq və Suriyanın müəyyən hissəsində məskunlaşıblar. İraqda Hizbullah döyüşçüləri və "Həşduş-Şəbi" (xalq könüllüləri) ordu birləşməsinin Müdafiə Nazirliyi ilə birgə keçirdiyi əməliyyatlardan sonra İŞİDçilər Mosulun kiçik bir hisəsində köşəyə sıxışmış vəziyyətdə qalıblar.
 
İŞİDin Suriyadakı xilafət arzusunun üstündən isə İran və Rusiya ittifaqı da xətt çəkib. İranın dəstəklədiyi Hizbullah təşkilatının əsgərləri və Rusiya Silahlı Qüvvələri Suriyanın ən böyük şəhələrini, o cümlədən Hələbi terrorçulardan təmizləyib. Rusiya ordusu Suriya ərazisində Lazkiyə, Tartus və Cəbləhdəki bazalarla möhkəmlənib. İŞİD terrorçularının Suriyada əsas varlığı Rəqqa şəhəri və İdlib ərazisini əhatə edir.

Qeyd edək ki, İŞİDin xilafət arzusunun ürəyində qalması digər tərəfdən Suriyanın qanuni prezidenti Bəşşar Əsədin qələbəsi kimi dəyərləndirilir. Məhz 2011-ci ildən başlayan qarşıdurmalardan bu günə kimi ölkəsini atmayan və müqavimət göstərən Bəşşar Əsəd terroçulara öz ölkəsində qalib gəlməyə çox yaxındır.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN