SonXəbərlər-in verdiyi məlumata görə, İtaliyada "Kalabria" mafia qruplaşmasının lideri Cuzeppe Giorgi 23 ildən sonra ələ keçib. Uzun müddət axtarışda olmasına baxmayaraq gizlənməyi bacaran mafia başçısını 28 il 9 ay həbs cəzası gözləyir.
"La Stampa" verir ki, 56 yaşlı Cuzeppe Giorgi 1994-cü ildən axtarışda olub. O, narkotik maddələrin beynəlxalq ticarətini təşkil etməkdə ittiham edilib.
İtaliya xüsusi təyinatlıların keçirdiyi əməliyyat zamanı San-Lukadakı evinin bunkerindən tapılan Cuzeppe Giorgi istintaqa təhvil verilib.