SON DƏQİQƏ

Ərəb ölkələri Qətərlə diplomatik və rabitə əlaqələrini DAYANDIRDILAR - YENİLƏNİB

Tarix:5-06-2017, 14:17

Pakistan Qətərlə diplomatik əlaqələri  dayandırmaq niyyətində deyil. SonXəbərlər-in Röyters-ə istinadla məlumatına görə, bu barədə Pakistan XİN rəhbərliyi bəyanat yayıb.

***

Son məlumatlara görə, Liviya da Qətərlə əlaqələri dayandırıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Sky News Arabia xəbər yayıb.

***

Ərəb ölkələrinin  Qətərlə diplomatik əlaqələri  dayandırması Yaxın Şərqi böhrandan çıxarmayacaq. SonXəbərlər-in Röyters-ə istinadla verdiyi məlumata görə, İran Prezident Administrasiyasının sədr müavini  Həmid Əbutalibi bəyan edib.

«Diplomatik əlaqələri  dayandırmaq və sərhədləri bağlamaq böhranı həll eləmir… Əvvəl də bəyan etdiyim kimi, təcavüz və işğal ancaq qeyri sabitliklə nəticələnəcək», deyə Əbutalebi Tvitterdə bildirib.

 

***

 

Bəhreyn Qətərlə diplomatik əlaqələri dayandırıb. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə Röyters agentliyi krallığın dövlət KİV-lərinə istinadla xəbər yayıb. Ölkələr arasında hava və dəniz əlaqələri dayandırılıb. Bundan başqa Bəhreyn öz vətəndaşlarına 14 gün ərzində Qətəri tərk etmək barədə göstəriş verib. Qətər vətəndaşlarına da Bəhreyni tərk etmək üçün 2 həftə müddət verilib. Qətərli diplomatlara isə 48 saatlıq vaxt verilib.

 

Həmçinin Səudiyyə Ərəbistanı da Qətərlə diplomatik əlaqələri və nəqliyyat rabitəsini dayandırıb. Ər-Riyad digər «qardaş ölkələri və kompaniyaları» bu addım atmağa çağırıb. Bundan əlavə Ər-Riyad yerüstü sərhədləri də bağlamaq niyyətindədir ki, bu Qətəri idxaldan məhrum edə bilər. 

 

Bəhreyn və Səudiyyə Ərəbistanının ardınca Misir də Qətərlə əlaqələri və rabitəni dayandırdığını elan edib.

 

Birləşmiş Ərəb Əmirli də bu addımı dəstəkləyib. Qətərli diplomatlara ölkəni tərk etmək üçün 48 saat vaxt verilib.

 

Bundan başqa Səudiyyə Ərəbistanı başda olmaqla koalisiya qüvvələri də Qətərin Yəmən əməliyyatlarında iştirakını dayandırdığını bildirib.

 

Yeri gəlmişkən xatırladaq ki, Qətər rəhbərliyi İraqda İŞİD terrorçularına qarşı mübarizə aparan Hizbullah döyüşçüləri və "Həşduş-Şəbi" (xalq könüllüləri) ordu birləşməsinə 500 milyon dollar vermişdi. FaktXeber.com-un məlumatına görə, bu barədə Səudiyyə Ərəbistanının "Okaz" qəzeti xəbər yaymışdı. Məlumata görə, Qətərin XİN rəhbəri Məhəmməd bin Əbdürrəhman Ali Sani İraqa səfəri zamanı yarım milyard dolları baş nazir Heydər Əl-İbadiyə çatdırıb. "Əl-Ərəbiyyə" telekanalının xəbərinə görə, Qətərin XİN rəhbərinin İraqa 500 milyon dollar aparması iki səbəbdən qaynaqlanıb: Birinci səbəb kimi, 2015-ci ildə İraqın Əl-Musənnə şəhərinə ovlamaq üçün gələn 24 qətərlinin aprel ayında girovluqdan azad olunması göstərilib. Məhəmməd bin Əbdürrəhman Ali Sani qətərli girovların azad olunması üçün tələb olunan maliyyəni Hizbullah döyüşçüləri və "Həşduş-Şəbi" ordu birləşməsi üçün gətirib. Digər səbəb kimi, Qətərin son zamanlar Səudiyyə Ərəbistanı və BƏƏ-yə üzv çevirərək İranla əməkdaşlığa başlaması və buna görə İŞİD-lə mübarizə aparan könüllü döyüşçülərə maliyyə yardımı etməsi bildirilir. Səudiyyə və BƏƏ rəhbərliyi Qətərin rəsmi Tehranla yaxınlaşmasından narahat olduğu üçün rəsmi Dohaya bu barədə xəbərdarlıq ediblər.

 

Qeyd edək ki, Qətərlə qonşuları arasında münaqişə Fars körfəzi ölkələri və ABŞ-ın Ər-Riyadda sammitindən bir həftə sonra başlayıb. Həmin vaxt Qətər xəbər agentliyi əmirin adından İranla əlaqələri bərrpası yönündə nitqini paylaşmışdı. Bundan başqa, Qətər əmiri Misirin Şarmuş-Şeyx şəhərində keçirilən toplantıda rəsmi Tehranla dost və qonşuluq əlaqələrinin davam etməsini istəyib: "Biz bu qənaətə gəlmişik ki, İranla bağlı bütün fikir ayrılıqları aradan qaldırılmalıdır. Bu bizim regionda sülhün təmin olunması ilə bağlı daimi siyasətimizdir. Biz təkid edirik ki, İranla ən yaxşı qoşuluq əlaqələrinə malik olaq. İranı öz məntəqəsimizdən qopara və İslam ümmətindən ayıra bilmərik".

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN