Həmin qaydalara əsasən ABŞ-a viza almaq istəyən şəxslər öz sosial şəbəkə istifadəçilərinin son 5 illik məlumatlarını və özlərinin son 15 illik bioqrafik məlumatlarını təqdim etməli olacaqlar.
Yüksək vəzifəli şəxslərin bu məsələyə olan tənqidlərinə baxmayaraq yeni qaydalar qüvvəyə minib. Tənqidçilərin fikrincə bu qaydalar viza sorğularında və onun əldə edilməsində gecikmələr və ABŞ-a xarici tələbə ilə alimlərin cəlb edilməsində çətinliklər yaradacaq. Yeni prosedurlara əsasən səfirliklərin əməkdaşları viza almaq istəyən şəxslərdən, keçmiş passport nömrələrini, sosial şəbəkələrdəki istifadəçilərin son 5 il ərzindəki məlumatları, elektron poçt ünvanlarını, son 15 il ərzindəki bioqrafik məlumatları, yaşayış ünvanını, iş yerini və əvvəlki səyahətlərin xülasəsini tələb edə bilərlər. Bu məlumatlar hansısa şəxsin kimliyini təsdiq etmək və ya təhlükəsizlik məqsədilə ciddi yoxlanış halında tələb oluna bilər. Nəzərə alsaq ki, ABŞ vizasını almaq onsuzda asan bir prosedur deyil, yeni qaydaların vasitəsilə bu proseduru daha da çətinləşdirmək yeni suallar yaradır.