SON DƏQİQƏ

Geosiyasi xaos və Qətər: OPEK üçün yeni təhlükə

Tarix:5-06-2017, 15:22

Xəbər verdiyimiz kimi, İranla əlaqələrə görə Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Qətərlə diplomatik əlaqələri dayandırıblar. Beləliklə, Yaxın Şərqdə geosiyasi böhran daha da güclənir. Adıçəkilən ölkələr həmçinin Qətərlə hava və dəniz rabitəsini də dayandırıblar. FaktXeber.com-un Vesti-yə istinadla verdiyi məlumata görə, bundan əlavə Ər-Riyad yerüstü sərhədləri də bağlamaq niyyətindədir ki, bu Qətəri idxaldan məhrum edə bilər.

 

Geosiyasi «zəlzələ» ABŞ prezidenti Donald Trampın regionu tərk etməsindən bir neçə gün sonra başladı. Qətərlə və Fars Körfəzi ölkələrinin Əməkdaşlıq Şurasının digər ölkələri arasında parçalanma, yəqin ki, təşkilatın ölümü deməkdir.

 

4 ərəb ölkəsinin Qətərlə əlaqələri dayandırması barədə bəyanatının eyni zamanda olduğunu nəzərə alsaq, qərarın razılaşdırılmış əsasda verildiyini göstərir.

 

Bütün bu hadisələr İranın bəyanatının səsləndirdiyi ərəfədə baş verdi. Qeyd edək ki, Tehran bəyan etmişdi ki, Qərb bütün dünya üzrə terrorizmin real sponsorlarını görməzdən gəlir, Böyük Britaniyada leyboristlərin lideri isə demək olar ki, açıq-aşkar Səudiyyə Ərəbistanının terrorizmi maliyyələşdirmkdə ittiham etmişdi.

 

Tamamilə aydındır ki, Yaxın Şərqdə yenidən liderlik uğrunda mübarizə oyunu güclənir, hansı ki, Ər-Riyad öz mövqelərini vermək istəmir.

Bununla belə, Suriya ərazisindən Qətərdən Avropaya qaz kəməri barədə layihəyə dəstək, görünür artıq keçmişdə qaldı. Müşahidəçilərin fikrincə Suriya müharibəsinin əsas səbəblərindən biri məhv elə bu qaz kəməri idi.

 

Bundan başqa Qətər ətrafında geosiyasi xaos Neft İxrac Edən Ölkələr Birliyinin (OPEK) sabitliyində şübhələr yaradacaq.

 

Yaxın Şərqdə ənənəvi hadisələr neftin qiymətinə təsir edir, nəhəng istehsalçılar arasında nifaq isə nəzəri cəhətdən qiymətlərin aşağı düşməsinə təzyiqi daha da gücləndirə bilər, çünki OPEC-in hasilatın azaldılmasına dair sazişin fəaliyyət şəraitində üzvlərinə birliyini qoruyub saxlamaq lazımdır.

 

Böhran yumşalmasa, Qətər öz gəlirlərini artırmaq üçün sazişdən çıxa bilər. Və bu vacib addım olacaq, bir halda ki, idxal məhsulların çatdırılması, həmçinin neftin satışı ancaq dəniz yolu ilə mümkün olacaq. Belə görünür ki, məhz sərhədlərin Səudiyyə Ərəbistanıilə tam bağlanması Qətər üçün ən ciddi «sanksiya» olacaq.

 

Hələ ki, neft bazarı ciddi artımla reaksiya verir: Brent-in dəyəri 1,4 faiz artaraq barel üçün 50,65$-a çatıb.

 

Münaqişə hələ neft daşınmasına təsir etməyib, ancaq Qətərdən ixracda müəyyən fasilələr yarana bilər. Bundan başqa, İran tərəfindən də hələ reaksiya yoxdur, potensial olaraq isə bütün bunlar Hörmüz körfəzindən daşınmalarda məhdudiyyət yarada bilər, hansı ki, Yaxın Şərqdə dəniz yolu ilə ixrac olunan neftin 30 faizi məhz burdan keçir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN