SONXəbərlər-in "Əl-Məyadin" telekanalına istinadən verdiyi məlumata görə, Qətər rəhbərliyi Səudiyyə Ərəbistanı, Bəhreyn, Liviya, BƏƏ və Misirin rəsmi Doha ilə diplomatik münasibətləri pozmasını əsassız hesab edir. Bu barədə Qətərin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
"Doha münasibətləri pozmaq qərarından təəssüflənir və hesab edir ki, bu, əsassız bəyanatlara əsaslanan bir qərardır",-deyə XİN-in bəyanatında deyilir.
Qətər rəhbərliyi həmçinin açıqlayıb ki, bu qərar əmirliyin sakinlərinin həyatına heç bir təsir göstərməyəcək.
Bu arada ABŞ-ın XİN rəhbəri Reks Tillerson Fars Körfəzi ölkələrini fikir ayrılıqlarını aradan qaldırmağa çağırıb.