SON DƏQİQƏ

ABŞ-ın Dəməşqdəki son səfiri: YPG-yə silah vermək axmaqlıqdır

Tarix:5-06-2017, 14:28

SonXəbərlər-in verdiyi məlumata görə, ABŞ-ın Suriyada son səfiri olmuş olan Robert Ford ölkəsinin kürdləri silahlandırmasını şərh edib. Amerikalı diplomat "Habertürk"ə müsahibəsində YPG döyüşçülərinin silahlandırılmasını axmaqlıq kimi xarakterizə edib.

Robert Ford həmçinin deyib ki, kürd silahlılara maliyə və hərbi dəstək göstərmək rəsmi Ankara ilə olan əlaqələrə də xələl gətirir: "YPY-yə silah vermək axmaq bir qərardır. Yaxın perspektivdə yaxşı ola bilər, amma orta və uzun perspektivdə çox pis nəticələri ola bilər. PYD çox hirslidir, bu, sünni radikal qruplara dəstəyi artıra bilər. Rəqqanı İŞİDdən ala, amma buna qarşılıq "Əl-Qaidə" 4.0 variantı qarşımıza çıxa bilər. Hazırda "Əl-Qaidə" 3.0 versiyası İdlibdədir. Həmçinin bu qərar əsas müttəfiqlərimizdən olan Türkiyəylə problem yaradır. Türk hökumətinin bəzi terror hücumlarının Rojavadan təşkil olunduğunu ortaya qoyan hesabatlarını oxumuşam. Bunlar çox ciddi ittihamlardır, amma ABŞ hökumətinin bunlara cavab verdiyini görməmişəm".

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN