Türkiyə 130 nəfərə qarşı vətəndaşlıqdan məhrumetmə prosesini başlatdı. Onların arasında 2016-cı ilin yayında dövlət çevrilişinin təşkilində ittiham olunan Fətullah Gülən də var.
SonXəbərlər-in verdiyi məlumata görə, bu barədə Hürriyyət Türkiyə DİN-nə istinadla xəbər yayıb. Vurğulanır ki, vətəndaşlıqdan çıxarılanlar arasında HDP-nin bir sıra deputatları da var.
130 nəfərin hamısı 3 ay ərzində Türkiyəyə qayıtmasalar vətəndaşlıqdan çıxarılacaqlar.