SON DƏQİQƏ

Ərdoğan Qətər məsələsini Putinlə müzakirə edib

Tarix:6-06-2017, 10:15

SonXəbərlər-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ərəb Yarımadasında Qətər mövzusundakı son hadisələrlə bağlı bir sıra ölkə başçıları ilə müzakirələr aparıb. 

 

Prezident mənbələrindən alınan məlumata görə, Ərdoğan məsələ ilə bağlı Qətər əmiri Şeyx əl-Sani, Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Küveyt əmiri Şeyx əl-Sabah və Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səudla telefon danışığı aparıb. 

 

Regionda sülh və sabitliyin önəminə işarə edilən görüşlərdə, mövcud gərginliyin azaldılmasında diplomatiya və dialoq yolunu seçim etməyin əhəmiyyətinin vurğulandığı qeyd edilib.

 

RİA Novosti agentliyinin yazdığına görə, Putinlə danışıq Türkiyə tərəfinin istəyi ilə həyata keçirilib. Qətər dövləti ilə bağlı yaranmış vəziyyət müzakirə olunub. Prezidentlər bütün maraqlı ölkələri Fars körfəzi regionunda sülh və sabitliyin qorunub saxlanması üçün güzəştli qərarların hazırlanması məqsədi ilə dialoqa çağırıblar.

 

Rusiya Prezidentinin mətbuat xidmətinin məlumatına görə, söhbət zamanı, həmçinin qeyd olunub ki, Yaxın Şərqdəki kəskin böhran terror təhlükəsi ilə mübarizə işində beynəlxalq ictimaiyyətin birgə və sıx əlaqələndirilmiş şəkildə işləməsini tələb edir.

 

Xatırladaq ki, Bazar ertəsi Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan Liviyanın şərq hissəsinin hakimiyyəti, Yəmən fərari prezidenti Mənsur Hadi, həmçinin Maldiv və Mavrikiya da Qətərlə münasibətləri kəsdiyini elan edib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN