SON DƏQİQƏ

ABŞ-da məxfi materialları KİV-ə ötürən Pentaqonun podratçısı həbs olunub

Tarix:6-06-2017, 10:16

 

 

Amerika hökuməti tərəfindən Pentaqon və ABŞ-ın kəşfiyyat xidməti üçün müqavilələri  həyata keçirən  firmanın əməkdaşı həbs olunub. O, Rusiyaya aid edilən  haker hücumu barədə məxfi materialları yaymaqda  ittiham olunub. SonXəbərlər-in  TASS-a istinadla məlumatına görə, bu barədə NBC telekanalı xəbər yayıb.

 

 

 

Ədliyyə Nazirliyi xəbəri təsdiqləyib. Qurum bildirir ki, söhbət 25 yaşlı Rieliti Li Vinnerdən gedir. O, ABŞ Ədliyyə Nazirliyinin və bir sıra Amerika kəşfiyyat qurumları üçün sifarişləri həyata keçirən Pluribus International Corporation kompaniyasının əməkdaşı olub. Vinner iyunun 3-də məxfi materialları  KİV-ə ötürmək ittihamı ilə Corciya ştatırın Oqasta şəhərində həbs olunub.

 

 

 

Telekanal bildirir ki, Vinner  elektron poçtla The Intercept yayım şəbəkəsinə Milli Təhlükəsizlik Agentliyinin (MTA) məxfi hesabatını ötürüb. Orda iddia edilirdi ki, Rusiya Hərbi Kəşfiyyatı ABŞ-ad sençkilərdə istifadə olunan azı bir proqramm təminatı hazırlayana haker hücumu edib, həmçinin şəxsi məlumatların oğurlanması üçün seçki komissiyalarına 100-ə yxın fırıldaq  elektron məktublar göndərib.

 

 

 

Ədliyyə Nazirliyinin bəyanatında deyilir ki, Vinner öz təqsirini etiraf edib. Onun niyə belə etdiyi hələ məlum deyil.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN