SON DƏQİQƏ

BMT baş katibi Qutyeres: Okeanlardakı plastik zibillər 2050-ci ildə balıqlardan çox olacaq

Tarix:6-06-2017, 10:17

2030 Davamlı İnkişaf Təşəbbüsünü dəstəkləmək məqsədilə BMT baş katibinin himayəsində bu il ilk dəfə keçirilən "Dünya Okean Konfransı" BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında başlayıb.

 

SonXəbərlər-in məlumatına görə, Konfransın ilk iclaslında Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Qutyeres ilə birlikdə təxminən 200 ölkənin dövlət başçıları, nazirlər, diplomatlar və ekoloji fəallar iştirak edib.

 

Toplantıda çıxış edən Qutyeres çirklilik, həddindən artıq ov və iqlim dəyişikliyinin təsirləri ilə okeanların ciddi ziyan gördüyünü və planetin həyat mənbəyinin heç olmadığı qədər təhdid altında olduğunu söyləyib.

 

Qutyeres, "Okeanları qorumaq və onları davamlı istifadə etmək, həyatın özünü qorumaqdır", - deyə bildirib.

 

Okeanlarla əlaqədar son araşdırmanın göstəricilərinə toxunan Qutyeres, "bu iş, okeanları qorumaq üçün heç bir iş görülməsə, 2050-ci ildə atılan plastik zibillərin balıqlardan daha çox olacağını ortaya qoyur", deyə bildirib.

 

BMT Baş Assambleyasının rəhbəri Piter Tompson da okeanlarla əlaqədar çirklilik məsələsində gedilən yanlış yoldan qayıtmağın vaxtının çatdığını vurğulayıb. 

 

Tompson, "okeanlar üzərində təbiəti çox faciəli şəkildə çirkləndirən plastik bəlasını sərbəst buraxdıq", - deyə qeyd edib.

 

Boliviya prezidenti Evo Morales başda olmaqla iclasdakı bir çox məruzəçi ötən həftə ABŞ-ın 2015 Paris İqlim Müqaviləsindən çəkiləcəyini açıqlayan ABŞ prezidenti Donald Trampı bu qərarına görə tənqid edən bəyanatlar səsləndiriblər.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN