SON DƏQİQƏ

Wikileaks: Qətər kimi, Səudiyyə Ərəbistanı da İŞİD terrorçularına pul verib

Tarix:6-06-2017, 10:20

SonXəbərlər-in verdiyi məlumata görə, ABŞ rəhbərliyi Qətər və Səudiyyə Ərəbistanının İŞİD terror qruplaşmasına maliyyə və maddi-texniki dəstək göstərməsindən xəbərdar olub. Bu qənatə "Wikileaks" saytında sabiq dövlət katibi Hillari Klintonun yazdığı məktubların dərc olunmasından sonra gəlmək olar.

Belə ki, Hillari Klintonun 2014-ci ilin avqustunda Con Podestə ünvanladığı məktubların birində Suriya, İraq və İŞİD terrorçuları ilə bağlı geniş məzmunlu məlumatlar qeyd edib. Sabiq dövlət vurğulayıb ki, Səudiyyə ərəbistanı və Qətərə İŞİD terrorçularına dəstək göstərdiyi üçün təzyiq göstərmək lazımdır.

Qeyd edək ki, Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ dünən Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını bəyan ediblər. Sonradan Liviyanın şərq hissəsinin hakimiyyəti, Yəmənin fərari prezidenti Mənsur Hadi, həmçinin Maldiv və Mavrikiya da Qətərlə münasibətləri kəsdiyini elan edib.

Səudiyyənin başçılıq etdiyi ərəb koalisiyası Qətərlə əlaqələrini məhz terrorçulara olunan dəstəklə əlaqələndirib. Maraqlıdır ki, Səudiyyə rəhbərliyi İŞİD terrorçularına dəstək göstərsə də, rəsmi Dohanı bu adla sıxışdırmağa cəhd edir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN