Əfqanıstanın paytaxtı Kabildə partlayış olub. SonXəbərlər-in TOLO News-a istinadla məlumatına görə, qurbanlar barədə hələ ki, heç bir xəbər yoxdur.
Agentlik bildirir ki, Kabilin «yaşıl» zonasında tennis sahəsinə raket düşüb.
Qeyd edək ki, bu günlərdə Kabildə böyük sammit keçirilir. BMT-yə əsasən, «Kabil prosesi»ndə əsas hədəf ölkədəki vəziyyəti tədricən Əfqanıstan hökumətinə təhvil verməkdir.
Xatırladaq ki, mayın 31-də Kabildə Prezident Sarayının və xarici səfirliklərin yaxınlığında terror aktı olmuşdu. Terror nəticəsində 150-dən çox insan həlak olmuşdu. İŞİD bu hadisədə məsuliyyəti öz üzərinə götürmüşdü.