Tehran metropolitenində iki qatar toqquşub.
SonXəbərlər İran mediasına istinadən xəbər verir ki, qatarların toqquşması nəticəsində 50-dək sərnişin xəsarət alıb.
Tehran metropolitenin mətbuat xidmətinin nümayəndəsi Ehsan Mökəddəm bildirib ki, tuneldən çıxan qatar “Taraşt” stansiyasında dayanmış digər qatarla toqquşub. Xəsarət alan sərnişinlər xəstəxanalara yerləşdiriliblər.