SonXəbərlər-in verdiyi məlumata görə, ABŞ Konqresində prezident Donald Trampa impiçment hazırlanır. Bu barədə "The Hill" qəzeti yazıb. Nəşrin iddiasına görə, demokrat konqersmenlər bu yolla Trampı prezident kürsüsündən uzaqalşdırmağa ümid edirlər.
Ağ Ev rəhbərinin impiçmenti üçün materialları El Qrin hazırlayır. O, artıq iyunun 7-də Donald Trampa qarşı ittihamları təqdim etmək niyyətindədir.
Qeyd edək ki, prezidentin istefası üçün əsas səbəb kimi siyasi rəqibi, FTB-nin sabiq rəhbəri Ceyms Kominin vəzifəsindən kənarlaşdırılması göstəriləcək.
Bu arada ABŞ-ın baş prokuroru və ədliyyə naziri Ceff Seşns Trampla aralarında mövcud olan fikir ayrılığı səbəbindən vəzifədən getməyə hazır olduğunu bəyan edib. Bu barədə iki mənbəyə istinadən "The New York Times" xəbər verir. Ceff Seşns xidməti vəzifələrin yerinə yetirilməsi üçün azadlığa ehtiyac olduğundan Tramp administrasiyası ilə işləmək istəmir. ABŞ prezidenti baş prokurorun istefa təklifini qəbul etməyib.