SonXəbərlər-in verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp FTB-yə yeni rəhbər seçib.
«FTB-nin yeni direktoru kimi Kristofer Reyi – misilsiz peşəkarı təyin edəcəm», - deyə Tramp özünün Tvitter səhifəsində bəyan edib.
Xatırladaq ki, mayın 10-da ABŞ prezidenti Donald Tramp FTB rəhbəri Ceyms Komini işdən qovmuşdu.