KXDR-in Vonsan limanından buraxılan bir neçə gəmi əleyhinə raket 200 km uçaraq Yapon dənizinə düşüb. SonXəbərlər-in verdiyi məlumata görə, bu barədə Yonhap Cənubi Koreya Müdafiə Nazirliyinə istinadla xəbər yayıb.
Bildirilir ki, Şimali Koreya əvvəl deyildiyi kimi ballistik deyil, qanadlı raketləri sınaqdan keçirib.
Yaponiyanın Kyodo agentliyi vurğulayıb ki, raketlər ehtimal ki, Yaponiyanın iqtisadi zonasından xaric düşüb. Hökumət bu sınaqlar barədə əlavə məlumat toplayır, raket buraxılışı ilə əlaqədar Milli Təhlükəsizlik Şurası çağırılıb.
TBS telekanalı bildirir ki, raket sınağı BMT TŞ-nın növbəti qətnaməsinə qarşı etiraz ola bilər.