Ukraynanın paytaxtında ABŞ səfirliyinin ərazisində partlayış olub. SonXəbərlər-in TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Kiyevin polis spikeri Oksana Blişik bildirib.
«Kiyevdə ABŞ səfirliyinin ərazisində partlayış terror aktı kimi qiymətləndirilir», - deyə o, Facebook səhifəsində yazıb.
Bununla belə spiker əlavə edib ki, baş verənlərə heç kim zərər çəkməyib.
Hüquqmühafizə orqanlarından bildirilib ki, naməlum şəxs diplomatik nümayəndələyinin ərazisinə partlayıcı qurğu atıb.
Hadisə yerində tətqiqatlara başlanılır.