SON DƏQİQƏ

Türkiyə Qətərə öz qoşunlarını yerləşdirəcək

Tarix:8-06-2017, 11:37

SonXəbərlər-in verdiyi məlumata görə, Türkiyə parlamenti Qətərdəki hərbi bazaya türk qoşunlarının yerləşdirilməsinə icazə verən qanun layihəsini təsdiqləyib. Bu barədə "Reuters" agentliyi məlumat yayıb. Qanun layihəsi hakim Ədalət və İnkişap Partiyası, o cümlədən müxalif partiyalar tərəfindən dəstəklənib.

Türkiyə ordusunun Qətərə yerləşməsinə icazə verən qanun layihəsi diplomatik böhrana qədər parlamentdə 240 lehinə səslə qəbul edilib.
 
Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ-nin də daxil olduğu 8 ərəb ölkəsi terrorçulara dəstək göstərmək bəhanəsi ilə Qətərlə diplomatik əlaqələri kəsib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN