SON DƏQİQƏ

Cavad Zərif İrandakı terror barədə ABŞ-ın bəyanatını tənqid edib

Tarix:8-06-2017, 12:13

İran XİN rəhbəri Cavad Zərif Tehranda iyunun 7-də baş verən itkiqat terrorla əlaqədar  Ağ Evin bəyanatını tənqid edib.

 

 

 

«Ağ Evin ziddiyyətli bəyanatları, üstəlik Senatın sanksiyaları – elə bir vaxtda ki, İran xalqı ABŞ-ın satellitlərinin dəstəklədiyi terrorizmə qarşı durur. İranlılar ABŞ tərəfindən belə dostluq təminatını rədd edir», - deyə  Zərif özünün Tvitter səhifəsində bəyan edib.

 

 

 

 

 

 

 

Dünən Amerika prezidenti Donald Tramp İran sakinlərinə Tehrandakı ikiqat terrorla əlaqədar başsağlığı verib, bunun yanında deyib ki, terrorizmin sponsoru olan ölkələrin özləri ekstremistlərin hədəfi ola bilər. Dövlət başçısının bəyanatını Ağ Evin Mətbuat Xidməti yaymışdı.

 

 

 

Elə həmin vaxt məlum oldu ki, ABŞ Senatında İrana qarşı yeni məhdudiyyət tədbirləri barədə qanun layihəsi müzakirə olunub.

 

 

 

Xatırladaq ki, iyunun 7-də İranın paytaxtında eyni anda  iki terror hücumu həyata keçirilib. İki nəfərdən ibarət birinci qrup terrorçular İran İslam İnqilabının banisi İmam Xomeyninin məqbərəsinə hücum etmişdi. Hücumçulardan biri özünü partlatmış, digəri polis əməkdaşları ilə qarşıdurmada  məhv edilmişdi.

 

 

 

 

 

 

 

4 nəfərdən ibarət ikinci qrup isə Parlamentə hücum çəkib və Administrativ binanın yuxarı mərtəbəsinə qalxmışdı. Hüquqmühafizə orqanlarının əməkdaşları nəticəsində 3 terrorçu məhv edilmiş, dördüncüsü özünü partlatmışdı.

 

İran DİN məlumatına görə, hazırda vəziyyət  təhlükəsizlik qüvvələrinin və hüquqmühafizə orqanlarının nəzarətindədir.

 

 

 

Rəsmi məlumatlara görə, ikiqat terror aktında 12 nəfər həlak olub, 42 nəfər yaralanıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN