SonXəbərlər-in verdiyi məlumata görə, bu gün Böyük Britaniyada növbədənkənar Parlament seçkiləri başlayıb. Ölkə boyu 40 min seçki məntəqəsi seçicilərin üzünə açılıb. Seçici kimi qeydiyyatdan keçən 46,4 milyon britaniyalı axşam saat 22.00-a kimi səs verə bilərlər. Bundan dərhal sonra telekanallar ekzitpolların nəticələrini elan edəcək, bütün gecə səslər hesablanacaq, yekun nəticələr isə cümə günü səhər məlum olacaq.
Seçkilərin nəticələrinə uyğun 650 deputatın daxil olduğu İctimai Palatanın yeni tərkibi müəyyən olunacaq. Deputat mandatının yarıdan çoxunu toplayan partiya hökuməti qurma səlahiyyəti əldə edəcək.