Quantanamoda hərbi həbsxanada məhbusun vəkilləri MKİ üçün işkəncə proqramını hazırlayanlara qarşı iddia qaldırıb. SonXəbərlər-in RİA Novosti-yə istinadla verdiyi məlumata görə, bu barədə Reprive Beynəlxalq İnsan Hüquqları Təşkilatının saytında xəbər verilib.
Bilidirilir ki, terrorda şübhəli bilinən Səudiyyə Ərəbistanı vətəndaşı Əbu Zubeydə MKİ-nin iki psixoloqu Ceyms Mitçell və Bryus Yessenə qarşı iddia qaldırıb. İddia ərizəsində tələb edilir ki, MKİ-nin Pollaşadkı obyektlərindən birində Zubeydəhin qəddar şəkildə dindirilmə metodları ilə əlaqədar Mitçell və Yessen əllərində olan informasiyanı təqdim etməlidirlər.
Polşa ərazisində məxvi amerika mərkəzinin yerləşdirilməsi barədə işi Polşa Prokurorluğu 2008-ci ildən araşdırır. Bu həbsxanada terrorda şübhəli bilinənlər MKİ əməkdaşları işkəncə ilə istitaq aparırdılar.