SON DƏQİQƏ

Bəhreynin XİN rəhbərinin Twitter səhifəsinə bu şəkillər yerləşdirildi - FOTO

Tarix:8-06-2017, 15:18

SonXəbərlər-in verdiyi məlumata görə, Bəhreynin xarici işlər naziri Xalid bin Xəlifə Ali Əhmədin Twitter səhifəsi hakerlər tərəfindən ələ keçirilib. Hakerlər ələ keçirilən mikrobloqa Bəhreyndə aksiyalar zamanı qətlə yetirilən nümayişçilər və yandırılan məscidin görüntülərini yerləşdiriblər.

Qeyd edək ki, şəkillər Twitter səhifəsində bir müddət qaldığı üçün böyük rezonansa səbəb olub. Bəhreyn hakimiyyətinin cinayətlərini üzə çıxaran şəkillərin XİN rəhbərinin səhifəsində getməsini Qətərlə əlaqələndirirlər. Bir neçə gün əvvəl Bəhreyn də daxil olmaqla 8 ərəb ölkəsi Qətərə qarşı sanksiya tətbiq edib.

Həssas insanlar aşağıdakı şəkillərə baxmasın.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN