SON DƏQİQƏ

Qətər, Türkiyə və İran ittifaqı BƏƏ-ni qorxuya salıb

Tarix:9-06-2017, 11:17

SonXəbərLƏR-in verdiyi məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Ənvər Qərqaş Qətərin Türkiyə və İrandan yardım istəməsinə münasibət bildirib. Qərqaş  Twitter səhifəsində yazıb ki, rəsmi Doha digər ölkələrdən yardım istəməklə böhranı genişləndirir.
 
"Baş qarışdıran, başı qarışmış qardaş ölkənin böhranı artırması və 2 ərəb olmayan ölkədən yardım tələb edib, birindən də hərbi dəstək istəməsi, böhranda yeni bir faciəli və komik səhifə aça bilər",-deyə BƏƏ-nin XİN rəhbəri Ənvər Qərqaş vurğulayıb.

Xarici ölkələrdən yardım istəməyin böhrana kömək etməyəcəyini düşünən Qərqaş, Qətəri böhranı gərginləşdirmək əvəzinə ağılla davranmağa çağırıb: "Qətərə rasional davranıb təkəbbür və inadkarlıqdan əl çəkməsi üçün yenidən müraciət edirik. Böhranı artırmağın xeyri yoxdur, özünü xarici ölkələrin köməyi ilə güclənmiş hiss etmək həll yolu deyil. Çıxış yolu şəffaf və dürüst olan yeni bir ritorikadır".
 
"Bir iranlı, türk, Həmas, inqilabçı, siyasi ideoloq, Müsəlman Qardaşlar və biz  varıq. Ərəb Körfəzi qardaşımızı girdiyi yoldan döndərməyə çalışırıq",-deyə BƏƏ-nin XİN rəhbəri Ənvər Qərqaş əlavə edib.

Politoloqlar hesab edir ki, Qətərin İran və Türkiyə ilə sıx əməkdaşlığa keçməsi rəsmi Dohanı düşdüyü böhrandan çıxara bilər. Məhz buna görə BƏƏ-nin XİN rəhbəri tətbiq olunan sanksiyaların heç nəyə yaramayacağını hiss edərək Qətər əleyhinə çıxışlar edir və ölkəni fikrindən yayındırmağa çalışır. İran hazırda Qətərdə müşahidə olunan ərzaq problemini aradan qaldırdığı vaxtda, Türkiyə də bu ölkəyə qoşun göndərməklə rəsmi Dohanın təhlükəsizliyini qarantiya altına alıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN