SON DƏQİQƏ

Britaniyada Parlament seçkilərinin ilkin nəticələri: Hökuməti kimin formalaşdıracağı bəlli deyil

Tarix:9-06-2017, 12:18

SonXəbərlər Meduza-ya istinadla məlumatına görə, Böyük Britaniyada ümumxalq seçkilərdən sonra «asılmış» parlament qurulacaq: heç bir partiya üstünlük almayacaq. Hökumətin kimin formalaşdıracağı bəlli deyil.

 

İndiyə qədər  Parlamentdə 650 yerin 635-i müəyyənləşib. Mühafizəkarlar 308 yer qazanıblar, bu əvvəlki ilə müqayisədə 12 mandat azdır.

 

Leyboristlər 259 yer qazanıblar, bu isə əvvəlki ilə münasibətdə 30 mandat çoxdur.

 

Liberal demokratlar 12, Şotlandiya Milli Partiyası isə 34 yer qazanıb.

 

Digər partiyalar isə 21 mandat qazanıb. Səslərin hesablanması davam etdirilir.

 

Qeyd edək ki, keçirilmiş yeganə “exit poll”un nəticələrinə görə, mühafizəkarlar 650 mandatdan 314-nü əldə edərək seçkilərdə liderliyi ələ alıblar. Lakin parlamentdə mütləq çoxluğa nail olmaq üçün onlara daha 12 yer gərəkdir.

 

Seçkilərdə iştirak 69 faiz təşkil edib ki, bu da 1997-ci ildən bəri ən böyük göstəricidir.

 

Qeyd edək ki, bu, britaniyalıların Birləşmiş Krallığın Avropa Birliyinə çıxmasına səs verdiyi referendumdan sonra keçirilən ilk seçkilərdir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN