SON DƏQİQƏ

London polisi terrorla əlaqədar 19 yaşlı gənci həbs etdi

Tarix:12-06-2017, 10:07

SonXəbərlər-in verdiyi məlumata görə, Böyük Britaniya polisi Londonda terror aktı ilə bağlı yeddinci şübhəli şəxsi saxlayıb. Əməliyyat Britaniyanın paytaxtı London yaxınlığında yerləşən Barkinqdə keçirilib.

19 yaşlı gənc terror aktını həyata keçirmək, buna təhrik etmək və partlayıcı maddələrin hazırlanması ittihamı ilə həbs edilib.

Xatırladaq ki, iyunun 3-də “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 7 nəfər ölüb, 48 nəfər xəsarət alıb. Böyük Britaniya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN