Ərəb dünyasında böyük bir fəlakət yaradan İsraillə 6 günlük müharibənin 50-ci ildönümündə Qətərə qarşı başladılan embarqo sionist rejimin işinə yarayır
Qətər ilə Ərəb ölkələri arasında davam edən böhran daha çox İsrailin işinə yarayır. Səydiyyə Ərəbistan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misir üçlüyünü "troya atı" kimi istifadə edən İsrail rejimi, bu ölkələr üzərindən müsəlman ölkələr arasında fikir ayrılığını daha da dərinləşdirib və bölgədə yeni münaqişə obyekti yaradıb.
"Müsəlman Qardaşlar" Birliyi (İxvan) və Həmas kimi bölgədə xalqın dəstəklədiyi təşkilatları terrorçu kimi təqdim etmək üçün illərdir səy göstərən rəsmi Təl-Əviv, məhz BƏƏ, Səudiyyə Ərəbistanı və Misir üzərindən bunu həyata keçirməyi bacarıb. Səudiyə Ərəbistanın Qətərlə barışıq şərtləri arasında İranla bütün əlaqələrin kəsilməsi, Həmas və "İxvan"ın terror təşkilatları elan edilməsi və Dohadakı ofislərinin bağlanması əsas şərt kimi irəli sürülüb.
Bundan əlavə BƏƏ, Səudiyyə Ərəbistanı, Bəhreyn və Misir hakimiyyət orqanları birgə imza atdıqları siyahı ilə Suriya və Qəzzaya ən çox yardım edən qeyri-hökumət təşkilatlarını hədəfə alıb. Şübhəsiz ki, siyahı İsrail tərəfindən hazırlanaraq tətbiq olunması üçün "troya atı"na təqdim edilib.
Artıq Təl-Əviv Həmasın terror təşkilatı kimi qəbul edilməsi üçün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına məktubla müraciət edib. İsrailin baş naziri Benyamin Netanyahu son böhrandan güc alaraq BMT-nin Fələstinli Qaçqınlara Kömək və İş Təşkilatının (UNRWA) bağlanılmasını da istəyib.
Qeyd edək ki, İsrail rejiminin Şərqi Qüdsü, İordan çayının Qərb sahilini və Holand təpələrini işğal etməsini rəsmiləşdirən 6 günlük müharibənin 50-ci ilində Körfəzdə baş verən böhran ərəb ölkələri üçün ikinci zərbə olub. Qətər və Ərəb ölkələri arasında böhran eynilə 1967-ci ildə baş verən "6 Gün Döyüşü" kimi 5 iyunda başlayıb.
50 il əvvəl İsrailə məğlub olan Ərəb ölkələri, bu dəfə heç bir döyüş olmadan İsrail maraqlarına xidmət edərək regionda yeni böhran yaradıb.
Məlum olduğu kimi İsrailin müdafiə naziri Aviqdor Liberman böhranın ilk günü etdiyi açıqlamada, baş verənləri "böyük bir fürsət" kimi dəyərləndirib. Liberman Qətərə sanksiya tətbiq edən ölkələrin terrorla mübarizədə İsrail ilə eyni mövqeyə olduğunu bildirib.