SonXəbərlər-in "Təsnim" agentliyinə istinadən verdiyi məlumata görə, İranın Hörmuzqan əyalətində yerli polis qüvvələri ilə İŞİD terrorçuları arasında atışma olub. Keçirilən əməliyyat nəticəsində 4 terrorçu zərərsizləşdirilib. Onlardan 4 avtomat, 112 güllə, partlayıcı qurğu və İŞİD bayrağı tapılıb.
Polisdən bildirilib ki, terrorçular barəsində əvvəlcədən kəşfiyyat məlumatları olub və buna görə də əməliyyat itkisiz başa çataraq terrorçuların hamısı öldürülüb.
Öldürülən terrorçulardan ikisi xarici ölkə vətəndaşıdır, digərilərinin şəxsiyyəti isə dəqiqləşdirilir.