Venesuela prezidenti Nikolas Maduro bəyan edib ki, müxalifət uşaqları terror qruplaşmaları üçün hazırlayır. Öz rəqilblərinə təsir etmək üçün dövlət başçısı Katolik Kilsənin rəhbəri – Roma Papası Fransiskə müraciət etmək niyyətindədir. SonXəbərlər-in verdiyi məlumata görə, bu barədə Röyters xəbər yayıb.
Vatikana kömək üçün münaqişənin hər iki tərəfi müraciət edib, ancaq ötən ilin payızında Katolik Kilsənin nümayəndəlriyi ilə keçirilən danışıqlar heç bir nəticə verməmişdi.
Bununla belə Venesuela yepiskopları Maduronun seçkilərdən sonra kontitusiyanı dəyişmək arzusunu - hakimityyətini möhkəmləndirmək üçün oyunun qaydalarını dəyişməklə əlaqələndirin müxalifətin fikirlərini dəstəkləyib.