SonXəbərlər-in verdiyi məlumata görə, Norveçdə 2011-ci ildə 77 nəfəri öldürən Anders Breyvik adını Fjotolf Hansen olaraq dəyişdirib. Breyvikin vəkili bu qərarın səbəbini ictimaiyyətə açıqlamayacağını bildirib.
"The İndependent" xəbər verir ki, 5 milyon əhalisi olan Norveçdə 52 mindən çox insanın adı Hansen olsa da, Fjotolf adına nadir rast gəlinir.
"Bəzi səbəbləri deyib. Amma mənə dedikləri haqqda danışmaq istəmirəm",-deyə vəkil Storrvik söyləyib.
Qeyd edək ki, 2011-ci ildə de Breyvikin həyata keçirdiyi terror hücumunda 77 nəfər həlak olmuş, təxminən 240 adam yaralanmışdı.