SON DƏQİQƏ

Ayətullah Xamenei ABŞ-ın terrorla mübarizə iddialarını yalan adlandırdı

Tarix:13-06-2017, 10:51

Amerika Birləşmiş Ştatlarının terrorla mübarizəsi barədə iddiaları yalandır. SonXəbərlər-in  məlumatına görə, bu barədə İran İslam Respublikasının Ali lideri Ayətullah Seyid Əli Xamenei ölkə rəsmilərilə görüşündə bəyan edib.

 

«ABŞ-in antiterror koalisiya yaratdığı barədə iddiaları yalandır. İŞİD-i doğurdan da məhv etmək istəyən kəs ona qarşı müqavimət göstərər», - deyə o, bildirib.

 

Ali Lider həmçinin ABŞ-ın İranın ünvanına regionda vəziyyəti qarışdırdığı barədə səsləndiyi fikirlərini də şərh edib: «Birincisi, bu cür ittihamları səsləndirənlərin özlərinin regiona heç bir aidiyyatı yoxdur. İkincisi, məhz onlar öz fəaliyyətləri ilə regionda vəziyyəti qarışdırırlar».

 

Ayətullah Xamenei həmçinin ABŞ prezidenti Donald Trampın bir müddət əvvəl İranda insan haqlarının pozulması barədə iddialarına da reaksiya verib: «Amerika rəsmilərinin Səudiyyə Ərəbistanının orta əsrlərdən qalan və demokratiyanın iyinin belə gəlmədiyi hökuməti ilə bir yerdə belə bir bəyanat səsləndirməsi faktı onları gülünc və absurd edir».

 

Xatırladaq ki, İran Parlamentinə və İmam Xomeyni məqbərəsinə ikiqat terror aktında 17 nəfər həlak olmuş, 46 nəfər yaralanmışdı.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN