SonXəbərlər-in verdiyi məlumata görə, Rusiya, ABŞ, Avropa ölkələri, habelə Avstraliya, İraq, İran, Suriya və Filippin müqəddəs Ramazan ayının sonuna qədər terrorçuların hədəfli olacaq. Bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Məlumata görə, İŞİD terror təşkilatının mətbuat katibi sayılan Əbu əl-Həsən əl-Mühacir "Telegram" şəbəkəsinə yeni audi-müraciət yerləşdirib. Müraciətdə terrorçuları adı çəkilən ölkələrdə terror aktları həyata keçirməyə çağıran əl-Mühacir, bunu Ramazan ayının sonuna qədər reallaşdırmağı istəyib.