Səthi nano texnologiya ilə hazırlanan parçalar hərbçiləri potensial düşmənin kəşfiyyat qurğularından gizlətməyə imkan verəcək. SonXəbərlər-in verdiyi məlumata görə, yeni metod Saratov Dövlət Universiteti tərəfindən hazırlanıb. Onlar hesab edirlər ki, innovasiyalı texnologiya gələcəkdə müdafiə sferasında geniş istifadə olunacaq.
Gözəgörünməz parça texnika və şəxsi heyəti lokatorlardan, həmçinin digər obyektləri müəyyənləşdirən vasitələrdən gizlədir: «Yeni metod adi uniforma geyinmiş döyüşçüləri kəşfiyyatın radiolokasiya alətləri üçün gözəgörünməz edəcək.»
Bundan əlavə, parça su keçirmir və «nəfəs alır». Elm adamları hesab edir ki, belə materialdan hazırlanan forma hərbçilərin komfortunu artıracaq.
Qeyd edək ki, gözəgörünməz parçanın hazırlanması barədə hələ 2014-cı ildə məlum olmuşdu.