ABŞ xüsusi xidmət orqanları Çeçenistanda silahlılara dəstək olurdu və bu barədə Moskvanın etirazına da məhəl qoymurdu. Vaşinqton Rusiyada daxili siyasi vəziyyətini gərginləşdirmək üçün tez-tez terrorçulardan istifadə edir. SonXəbərlər-in verdiyi məlumata görə, bu barədə Vladimir Putin bəyan edib.
Onun sözlərinə görə, Çeçenistanda, Şimali Qafqazda problemlər başlayanda, amerikalılar bu prosesi dəstəkləyirdilər.
«O zaman tam əmin olduq ki, bizim amerikalı müttəfiqlərimiz Rusiyaya dəstək və terrorla mübarizədə əməkdaşlıq barədə barədə danışılanlar ancaq sözdür, əslində onlar Rusiyanın daxili siyasi vəziyyətini gərginləşdirmək üçün bu terrorçulardan istifadə edirlər», - deyə RF prezidenti Putin amerikalı rejissor Oliver Stounla müsahibəsində bildirib.