SON DƏQİQƏ

Türkiyədə hərbi çevrilişə görə 50 min nəfər həbs olunub

Tarix:14-06-2017, 10:34

SonXəbərlər-in verdiyi məlumata görə, Türkiyədə ötən ilin 15 iyulunda baş verən dövlət çevrilişinə cəhddən bu yana davam edən əməliyyatlarda 161 min 751 nəfər istintaqa cəlb olunub. Bu barədə "Milliyet" qəzeti məlumat yayıb.

Məlumatda bildirilir ki, Türkiyədə hərbi çevrilişə cəhd edən və bu prosesə dəstək olan 50 min 344 nəfər həbs olunub. Həbs olunanlardan 31 min 498-i məmur, qalanları isə sadə vətəndaşlar olub.

Çevriliş cəhdinə görə həbs edilən hərçilərin sayı 6 min 974, polislər isə 8 min 849 nəfər təşkil edir. "FETÖ" üzvü olan 169 general, 24 qubernator, 73 vali müavini, 2 min 492 hakim və prokuror və Konstitusiya Məhkəməsinin iki üzvü də saxlanılıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN