SonXəbərlər-in verdiyi məlumata görə, İsveçin cənubunda səmada müşahidə olunan bulud forması sakinləri qorxuya salıb. Yerli əhalinin "apokalipsis" adlandırdığı bulud uzun müddət səmada qalıb.
Alimlər nadir hallarda müşahidə olunan bu hadisənin Buludların Beynəlxalq Atlasına 2017-ci ilin əvvəlində ayrıca növü kimi salındığını bildiriblər. Nadir meteoroloji hadisə "səhər qloriyası" adlanır.
Belə uzun buludlar qarşıdan gələn soyuqlar və temperaturun kəskin aşağı düşməsi sayəsində formalşırlar. Bu tip buludlara ən çox Avstraliyada müşahidə olunur ki, onların uzunluğu 1000 kilometrə çata bilər.