SonXəbərlər-in Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Hakkari-Çukurca avtomobil yolunun 25-ci kilometrliyində hərbi konvoya PKK terrorçuları hücum ediblər. Terrorçuların minaatanla hərbi maşını vurması nəticəsində 1 kapitan dünyasını dəyişib, 5 əsgər isə yaralanıb.
Hadisə yerli vaxtla saat 23.30-da baş verib.
Təhlükəsizlik qüvvələri hücumu həyata keçirən PKK terrorçularını zərərsizləşdirmək üçün bölgədə əməliyyat başlayıb.
Bundan başqa, Şırnakın Uludərə rayonunda antiterror əməliyyatı keçirən təhlükəsizlik qüvvələri PKK terrorçularının hücumuna məruz qalıblar. Atışmada bir əsgər və iki kənd qarovulu yaralanıb.