SON DƏQİQƏ

İsrail Qəzzaya elektrik enerjisinin verlişini daha da azaltdı

Tarix:20-06-2017, 10:57

SonXəbərlər-in verdiyi məlumata görə, humanitar böhranın daha da artacağı və zorakılığın vüsət ala biləcəyi barədə xəbərdarlıqlara baxmayaraq, İsrail Fələstin Administrasiyasının siyasətini dəstəkləyərək, iyunun 19-dan etibarən  Qəzzaya elektrik enerjisinin verilişini dayandırıb.

 

Fələstin Enerji və Təbii Sərvətlər Nazirliyinin saytında bildirilir ki, İsrail Qəzzaya verdiyi enerjinin həcmini saatda 8 meqavata azaldıb.

 

İsrail Qəzzaya saatda 125 meqavatt verir və 2 aydan artıqdır ki, ərazidə elektrik enerjisinin əsas mənbəyi idi. Bu səbəbdən HƏMAS-ın  nəzarət etdiyi əraziyə elektrik enerjisi gün ərzində 4-6 saat verilirdi.

 

HƏMAS-ın Mətbuat Xidmətinin rəhbəri Sami Əbu Zuhri  bildirib ki, İsrail rejimi Qəzzaya elektrik enerjisinin verilişini azaltdığına görə cavab verəcək.

 

İsrailin Qəzzaya elektrik enerjisinin verilişini azaltmasına görə, həmin ərazinin  enerji kompaniyası artıq gündəlik 4 saatlıq qrafiki saxlaya bilməyəcək.

 

İsrail Müdafiə Nazirliyinin Qəzzaya elektrik enerjisinin verilişinə nəzarət bölməsi hələ ki, bununla bağlı şərh verməyib.

 

İsrailin baş naziri Binyamin Netanyahu və müdafiə naziri Aviqdor Liberman rejimin Qəzzada  enerji böhranına səbəb olan Fələstin  Administrasiyası və HƏMAS arasında mübahisəyə qarışmadıqlarını bildiriblər. Libermanın sözlərinə görə, onlar Fələstinin daxili məsələsinə qarışmırlar və bu addımı atmalarının səbəbi fələstinlilərin elektrik enerjisinin pulunu verməmələridir.

 

Ötən həftə HƏMAS xəbərdarlıq etmişdi ki, Abbasın Qəzzaya elektrik verilişini azaltması barədə İsraildən xahişi fəlakətli və təhlükəli  nəticələr verə bilər.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN