SON DƏQİQƏ

Filippində terrorçular məktəbə hücum ediblər YENİLƏNİB

Tarix:21-06-2017, 11:02

Bu gün səhər Filippinin cənubunda məktəbi ələ keçirən terrorçular hökumət qoşunları ilə qarşıdurmadan sonra geri çəkiliblər. Sonxəbərlər-in  məlumatına görə, bu barədə Röyters xəbər verib.

Briqada generalı Restuto Padilya məktəbdə şagirdlərin girov götürüldüyü barədə xəbəri təkzib edib. Onun sözlərinə görə, girovlar arasında uşaqlar olmayıb.

«Terrorçular geri oturub, məktəb təhlükəsizlikdədir, hərbçilər isə silahlıları izləyir», - deyə o, əlavə edib.

 

***

Filippinin cənub hissəsində terrorçular məktəbi ələ keçirərək şagirdləri girov götürüblər. SonXəbərlər-in verdiyi məlumata görə, bu barədə Röyters  polis əməkdaşlarına istinadla xəbər verib. 

 

Bildirilir ki, hücum İŞİD-lə əlaqədə olan «Maute» terror qruplaşması tərəfindən həyata keçirilib.

 

Girovluqda azı 11 nəfərin olduğu deyilir. Binada azı 200 silahlı terrorçu var.

 

Hazırda  Kotabo əyalətinin Piqkavayan  şəhərində  antiterror əməliyyatları həyata keçirilir. Ölən və yaralananlar barədə məlumat verilmir.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN