SON DƏQİQƏ

Putin kəşfiyyatçı olmaq qərarına necə gəldiyini açıqlayıb

Tarix:22-06-2017, 10:50

Rusiya prezidenti Vladimir Putin bildirib ki, kəşfiyyatçı olmaq barədə qərar verəndən sonra ora necə düşməyi aydınlaşdırmaq üçün o zamankı SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin qəbul otağına gedib və nəyə görə pilot olmaq fikrinə düşməsindən daşınıb.

 

SonXəbərlər-in məlumatına görə, "Mən sadəcə olaraq SSRİ DTK-nın qəbul otağına getdim. Axı mənim ailəm fəhlə ailəsi idi, məlumatım yox idi. Hara getməliyəm? Ona görə də düz qəbul otağına getdim", - deyə Putin buraxılış siniflərinin rəhbərləri ilə görüşdə bildirib.

 

Putinin sözlərinə görə, orada ona hüquq təhsili almaq və əvvəlcə ali məktəbi bitirməyi məsləhət görüblər.

 

"Həmin andan mən fizika, kimya və riyaziyyatla məşğul olmağı kənara qoydum. Sadəcə olaraq dayandırdım", - Putin deyib.

 

Dövlət başçısı əlavə edib ki, nəticədə hüquq fakültəsinə daxil olub. "Lakin buna qədər mən pilot olmaq istəyirdim. Mən aviasiya məktəbinə getdim, dəhlizləri gəzdim, baxdım. Sonra təsəvvürümdə həyatımın necə olacağını formalaşdırdım", o bildirib və qeyd edib ki, "yekunda başa düşdüm ki, bu maraqsız olacaq."

 

FaktXəbər-in məlumatına görə, Rusiya Prezidentinin rəsmi saytındakı tərcümeyi-halında bildirilir ki, Vladimir Putin 1975-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Daha sonra 70-ci illərin sonu və 80-ci illərin əvvəllərində DTK-nın 1 saylı Moskva Ali Məktəbini bitirib. 1985-ci ildən 1990-ci ilədək Putin Almaniya Demokratik Respublikasında çalışıb.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN