SonXəbərlər-in verdiyi məlumata görə, belçikalı senator, Flandriya parlamentinin üzvü Yorisa Poşe Azərbaycan ərazisinə - Dağlıq Qarabağa qanunsuz səfər edərək separatçı rejimin nümayəndələri ilə görüş keçirib. Bu barədə ictimaiyyətə "News.am" saytı məlumat yayıb.
Belçikalı senator işğal altında olan Azərbaycan ərazisində separatçı rejimin rəhbəri Boko Sakayanla da görüşüb.