SON DƏQİQƏ

İran ABŞ-ın İŞİD-i dəstəklədiyi barədə sübutları yayımlayaсaq

Tarix:22-06-2017, 12:54

Tehran ABŞ tərəfindən İŞİD terror təşkilatına birbaşa dəstəyin sübutlarını dərc edəcək. SonXəbərlər-in məlumatına görə, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusunun ali baş komandanının  müşaviri  Həmid Reza Moqadam Far  RT-yə müsahibəsində bəyan edib.

 

«Bu sənədlərin dərc olunması planlaşdırılır. Lakin demək lazımdır ki, bu yazılı şəkildə dərc olunacaq mətnlərdən, yaxud hansısa sazişlərdən ibarət sənədlər deyil. Bu sübutlar fəaliyyət meydanında olan aspektlərə aiddir- bu göstərir ki, ABŞ hansı  lokasiyada İŞİD-ə dəstək göstərir. Silah, təminat, loqistik və tibbi yardım – bütün  bunlar (ABŞ-ın İŞİD-ə) köməyin göstəricisidir», - deyə o, bildirib.

 

O, həmçinin vurğulayıb ki, İŞİD-in yaradılmasının arxasında ABŞ-ın özü durur: «Onlar bu faktı gizlədə bilməz. Lakin hətta bu gün onlar bəyan edəndə ki, «biz bu təşkilatı  yaratmaqla səhv etmişik və indi onu məhv etmək istəyirik», yenə yalan deyirlər. Bunu sübut edəcək çoxlu sənədlər var».

 

Qeyd edək ki, iyunun 11-də İran Ordu Qərargahının rəis müavini Mostafa İzədi bəyan etmişdi ki, Tehran İŞİD-ə ABŞ-ın  birbaşa dəstəyi barədə sübutlar var.

 

Həmid Rza Moqadam Far bundan əvvəl  Donald Trampın İranı terroru dəstəkləməkdə ittiham etməsinə də münasibət bildirmişdi.

 

«Biz ilk dəfə deyil ki, amerikalılardan belə şeylər eşidirik. Onlar İrana bu və ya digər şəkildə təzyiq göstərmək, regionda öz maraqlarını inkişaf etdirmək üçün İrana qarşı yeni sanksiyalar tətbiq etməyə görə əsaslar fikirləşmək istəyəndə, Tehranı  terrorizmi dəstəkləməkdə ittiham edir», - deyə müşavir bildirib.

 

O, bununla belə, müasir şəraitdə ictimaiyyə belə nəzər nöqtəni sırımağın mümkün olmadığını vurğulayıb: «Beynəlxalq ictimaiyyət anlayır ki, ABŞ İŞİD, həmçinin Suriya və İraqda  terrorizmlə mübarizə koalisiyasına rəhbərlik etməsinə baxmayaraq, terrorçularla çox da aktiv mübarizə aparmır və hətta onları dəstəkləyir. İndi məhz belə vəziyyətdir».

 

Müşavir onu da bildirib ki, İranın özü terrorizmdən əziyyət çəkib.

 

«Hamı bilir ki, İran ötən əsrin 80-ci illərin sonunda  terrordan çox əziyyət çəkib, bu gün isə  terrorçuların  həfədi nüvə fizikləridir. Terror, İslam Respublikasına və İran xalqına böyük zərər vurub. İran bu gün də terrorçularla mübarizə üçün böyük əvəz ödəyir. Bu səbəbdən amerikalılar İranı terrora dəstəkdə ittiham edə bilməz».

 

Xatırladaq ki, Tramp bundan əvvəl  İran hökumətini terrora dəstəkdə ittiham etmişdi.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN