SonXəbərlər-in verdiyi məlumata görə, Türkiyə və Qətər arasında imzalanmış hərbi əməkdaşlıqla bağlı müqavilənin şərtləri bü gündən etibarən qüvvəyə minir. Belə ki, Türkiyə Silahlı Qüvvələrinin 25 əsgəri və 5 zirehli maşını Dohaya yola düşür.
İki ölkə arasında imzalanmış müqaviləyə əsasən, Qətərdə yaradılacaq yeni hərbi baza üçün Türkiyə heç bir xərc çəkməyəcək. Bütün xərcləri Qətər öz üzərinə götürəcək. Qətərin ABŞ-Səudiyyə Ərəbistanı cəbhəsinin hədəfində olduğu bir zamanda türk əsgəri Qətəri qoruyacaq legioner rolunu oynayacaq.