SON DƏQİQƏ

Ərəb ölkələri Qətərlə barışıq şərtlərini açıqladı: Bizə pul ver

Tarix:23-06-2017, 10:23

SonXəbərlər-in verdiyi məlumata görə, Qətərlə diplomatik əlaqələri dayandıran ərəb ölkələri barışıq şərtlərini açıqlayıb. Küveytin vasitəçiliyi ilə təqdim olunan 13 bənddən ibarət barışıq şərtində Qətərin İran və Türkiyə ilə əlaqələri dayandırması və ərəb ölkələrinə kompensasiya verməsi əsas şərt kimi göstərilib.

"Associated Press" xəbər verir ki, rəsmi Dohadan "Əl-Cəzirə" telekanalının fəaliyyətini dayndırması da tələb edilib. 13 şərtin içində ən təəccüblüsü Qətərdə Türkiyə hərbi bazasının ləğvi və rəsmi Ankara ilə hərbi əməkdaşlığın dayandırılması olub. Bundan əlavə İranla bütün diplomatik əlaqələrin kəsilməsi də əsas şərtlərdən biri kimi qeyd edilib.

Terror təhlükəsinin azaldılması tədbiri çərçivəısində Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir tərəfindən axtarışda olan və Qətərdə sığınacaq alan bütün şəxslərin ölkədən çıxarılması da şərtlərdən biridir.

Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misirdən ibarət ərəb ölkələri həmçinin Qətərdən ərəb ölkələrinə kompensasiya verməsini istəyib və 13 şərtin yerinə yetirilməsi üçün 10 gün vaxt verib.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN