İsrail rejimi 2010-cu ildə “Azadlıq donanması”na (“Mavi Mərmərə”) silahlı hücum nəticəsində 9 Türkiyə vətəndaşının ölümünə görə rəsmi Ankaraya 20 milyon dollar təzminat ödəyib. SonXəbərlər-in verdiyi məlumata görə, Türkiyənin maliyyə naziri Naci Ağbal bildirib ki, İsrailin "Mavi Mərmərə"də həlak olan türk vətəndaşları üçün ödədiyi 20 milyon dollar onların yaxınlarına təqdim olunub.
Qeyd edək ki, 7 il bundan öncə “Mavi Mərmərə” gəmisi ilə Qəzzaya humanitar yardım aparan türk vətəndaşları İsrail əsgərlərinin hücumu zamanı qətlə yetirilmişdi.