SON DƏQİQƏ

Ukrayna prezidenti Poroşenkonun impiçment proseduru planlaşdırılır

Tarix:23-06-2017, 11:36

Ukrayna Ali Radasının bir neçə fraksiyası eyni anda prezident Pyotr Poroşenkonun impiçment  prosedurunu işə salmağı planlaşdırır. 

 

SonXəbərlər-in verdiyi məlumata görə, bu barədə «İzvestiya» qəzeti «Batkivşina» partiyasında mənbəyə istinadla bildirib.  Prosedurun təşəbbüskarı partiya lideri Yuliya Timoşenkodur. Bildirilir ki, «Batkivşina» yekdilliklə  bu təşəbbüsü dəstəkləyir.

 

İmpiçment ideyasını  Müxalifət Bloku və «Özünəyardım» Partiyası, həmçinin fraksiyadan olmayan bir sıra deputatlar dəstəkləyib.

 

«Batkivşina»nın xalq deputatlarından birinin sözlərinə görə, Poroşenkonun impiçmenti üçün azı 6 əsas var, onların arasında ən vacibi  bir sıra aspektlərlə prezidentlik vəzifəsini yerinə yetirməməsidir.

 

Nəşr bildirir ki, qanun layihəsi  Radaya təqdim edilib və yaxın günlərdə baxılacaq.

скачать dle 12.1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN