Hindistan, pakistan və Banqladeşdə «sibir xorası»nın ocaqları tapılıb. SonXəbərlər-in Rusiya mediasına istinadla məlumatına görə, bu barədə Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifah Nəzarəti Federal Xidməti (Rospotrebnadzor) xəbərdarlıq edib.
Qurumun Mətbuat Xidmətindən bildirilib ki, Banqladeşdə 1 uşağın ölümü qeydə alınıb, dahşa 3 nəfər isə xəstəxanaya yerləşdirilib. Məlum olub ki, onlar xəstəliyə yoluxmuş ət yeyiblər.
Statistikaya görə mayın 27-dən iyunun 7-nə kimi Banqladeşdə «sibir xorasına» yoluxanların sayı 25 nəfərə çatıb. Rəsmi hökumət xəstəliyin yayılmasının qarşısının alınması üçün tədbirlərə başlayıblar.
Pakistanda, Xürrəm rayonunda iyunun 10-da 40 inək və qoyun məhv olub. Onların hamısı sözügedən xəstəlikdən ölüblər. Veterinar xidmətlər xəstəliyin yarandığı ərazilərdə vaksiyanasiya həyata keçirirlər.
Hindistanda da 1 nəfər «sibir xorası» ehtimalı ilə xəstəxaya yerləşdirilib.